Arzu Əliyevanın doğum günüdür

Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.

2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.

İki övladı var.

GuNXeBeR.Az kollektivi adından Arzu Əliyevanı təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

Vətəndaşlarla növbəti səyyar qəbul – görüşümüzü rayonun Vəng kəndində keçirdik.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Bu gün İsmayıllı rayonunun Vəng kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.

İki övladı tələbə olan ata intihar etdi: Qızı 679 bal toplayıb – TƏFƏRRÜAT

Azərbaycanda ötən il övladı yüksək balla ali məktəbə qəbul olunan ata intihar edib.

Gunxeber.Az Teleqraf.com-a istinadla xəbər verir ki, yanvarın 22-də Ağsu rayonunun Rəhimli kəndində intihar edən Səyyad Əsgərovun iki övladı tələbədir.

Onun qızı S.Əsgərova ötən il qəbul imtahanlarında 679 bal toplayıb və Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə daxil olub, hazırda birinci kursunda təhsil alır.

S.Əsgərovun digər övladı də tələbədir. Oğlu A.Əsgərov Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır.

Rəhimli kəndinin bələdiyyə sədri Eldar Yadigarov deyib ki, həyatına qəsd edən Səyyad Əsgərov mülayim xarakterli insan olub:

“Səyyad 1975-ci il təvəllüdlüdür. Rəhimli kəndində yaşayırdı. Mağazası var idi, onu işlədirdi. Çox mehriban, xeyirxah insan idi, hər zaman hamıya köməklik göstərərdi. Heç kimlə problemi olmazdı. Kiməsə artıq nəsə söz deməzdi. Bir qızı, bir oğlu var. Ailə olaraq da çox yaxşı ailədirlər. Heç bir mənfi cəhətləri yox idi. Deyim ki, kimləsə ədavəti var idi, yox”.

Bələdiyyə sədri onunla intihar etməzdən bir gün öncə görüşdüyünü bildirib:

“Məktəbin yanında bir məntəqə var, orada dünən saat 4-5 arasında görüşmüşük, söhbət etmişik, hal-əhval tutmuşuq. İndi hamımız da dəfndəyik. Nə bilim vallah. Elə bir insan idi ki, biz onun intihar edəcəyini gözləməzdik”.

“Səhər saat 8-də intihar edib. Tezdən durub, çay dəmləyib, amma içməyib. Sonra isə intihar edib. Evdə anası ilə qalırdı. Yoldaşı Bakıya uşaqların yanına gedib. Bacısı oğlu darvazanı döyüb çağırıb, açan olmadığını görəndə hasardan içəri keçib və Səyyadın intihar etdiyini görüb”, – deyə E.Yadigarov əlavə edib.

Gürcüstandan avtomobil idxalının azalmasının səbəbləri nələrdir?

Ötən il Azərbaycan Gürcüstandan 12 min 849 ədəd minik avtomobili idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunan məlumata görə, idxal olunan avtomobillərin sayı illik müqayisədə 9 min 544 ədəd azalıb. Nəzərə alsaq ki, Azərbaycana avtomobil gətirilən ölkələrin içərisində Gürcüstan böyük yer tutur. Bu azalmanın səbəbini nə ilə izah etmək olar?

Bu barədə Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyir ki, Gürcüstandan avtomobil idxalının azalmasının əsas səbəblərindən biri Azərbaycanın artıq Asiya bazarlarına üz tutmasıdır:

“Asiya ölkələrindən Azərbaycana gətirilən nəqliyyat vasitələrinin sayı günbəgün artır. Xüsusilə də, Yaponiya, Çin istehsalı hibrid avtomobillərin idxalı kəskin artıb. Buna görə də, Gürcüstandan və digər Avropa ölkələrindən gətirilən avtomobillərin sayı azalır. Həm də artıq Çin istehsalı olan elektromobillərə və hibrid avtomobillərə maraq ölkəmizdə geniş yayılıb. Bu avtomobillərin funksionallığı bu marağı daha da artırır. Həm buraxılış ilinin təzə olması, həm də qiymətin daha sərfəli olması alıcıları Asiya bazarlarına sövq edir. Gürcüstandan da avtomobil idxalının azalmasını bu kimi xüsusiyyətlərlə səciyyələndirmək olar. Bu azalmanın növbəti illərdə də davam edəcəyi gözləniləndir”.

Ov mövsümü açıq elan edilib

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Bildirilib ki, 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.

“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüfatlarının sahələrindən istifadə etsinlər”, – deyə nazirlikdən bildirilib.

Göyçayda tələbə qızlar qidadan zəhərləniblər

“Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər”.

Bu məlumat GunXeber.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Qeyd olunub ki, zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridirlər:

“Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.

Günay Rasim qızı Heydərova “Azərbaycan iqtisadiyyatı”, Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu “Vergilər və vergi tutumu”, Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva “Mühasibat uçotu” fənnindən imtahan veriblər”, – deyə məlumatda bildirilir.

İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan məktəbli dünyasını dəyişib.

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) GuNXeBeR.Az-ın sorğusuna cavab olaraq verilib.

Qeyd olunub ki, “Yeni Klinika”ya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

“Yanvarın 18-də İmişli rayonu, Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq “Yeni Klinika”ya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq, bu gecə saat 01:45-də ölüb.

Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi

Hollivud ulduzu Cennifer Qarner keçmiş həyat yoldaşı Ben Afflekin Cennifer Lopeslə ünsiyyətindən narazılığını bildirib.

GuNXeBeR.aZ-ın verdiyi məlumata görə, bu barədə “In Touch Weekly” nəşri mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, Afflek Lopeslə söhbətlərində kifayət qədər kobud və deyingən davranır ki, bu da Qarneri qətiyyən qane etmir.

Qarner hesab edir ki, 49 yaşlı aktyor artıq yetkinləşməli və Lopesə qarşı daha mehriban olmalıdır. Aktrisa hesab edir ki, o, müğənniyə qarşı eqoist və nankor davranır.

Mənbə açıqlayıb ki, Qarner xüsusilə Lopesin boşanmaya baxmayaraq, Afflekin uşaqları ilə əlaqələri davam etdirməsinə heyranlığını vurğulayıb. Afflek isə Lopesin musiqiçi Mark Entoni ilə nikahından olan 13 yaşlı əkiz övladları Maks və Emma ilə ünsiyyətdən imtina edir.

“Lopes sözünü tutdu və uşaqların həyatında iştirak etməyə davam etdi, lakin Ben onun əkizləri üçün eyni şeyi etmədi. Cen (Qarner) onu danlayıb və səylərini artırmağa çağırıb”, – deyə mənbə bildirib.

Xatırladaq ki, boşanandan sonra dostluq münasibətlərini qoruyan Cennifer Qarner və Ben Afflekin üç övladı var: 15 yaşlı Vayolet, 12 yaşlı Serafina və 9 yaşlı Samuel.

Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur

Dəniz suyunun içməli suya çevrilməsini asanlaşdıran və təmizləmə xərclərini əhəmiyyətli dərəcədə azaldan yeni texnologiya icad edilib.

GuNXeBeR.aZ-ın verdiyi məlumata görə, ABŞ-nin Miçiqan və Rays Universitetlərinin mühəndisləri tərəfindən aparılan tədqiqatın nəticələri “Nature Water” jurnalında dərc edilib.

Bildirilir ki, metod karbon elektrodlarından istifadə edərək toksik bor maddəsinin kənarlaşdırılması üsuludur.

Bor dəniz suyunun təbii komponentidir, lakin onun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz normalardan iki dəfə çoxdur. Kənd təsərrüfatı bitkiləri üçün borun yol verilən səviyyəsi daha aşağıdır – 5-12 dəfə. Standart filtrasiya zamanı bor adətən filtrlərdən keçir və içməli suyu çirkləndirir.

Əvvəllər filtrasiya mərhələsindən sonra bor maddəsinin kənarlaşdırılması üçün onun elektrik yükünü dəyişdirmək məqsədilə qələvi kimi kimyəvi maddələrin əlavə edilməsi tələb olunurdu. Bu, suyun təmizlənməsi prosesini bahalı və enerjitutumlu edirdi.

Alimlər bor maddəsini səmərəli şəkildə tutan elektrodlar hazırlayıblar. Texnologiya bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə membran vasitəsilə əsas duz ionları kənarlaşdırılır. Sonra su elektrodları olan kameradan keçir, burada su molekulları müsbət hidrogen ionlarına və mənfi hidroksid ionlarına ayrılır. Sonuncular borla birləşərək ona mənfi yük verir. Daha sonra yükü sayəsində bor müsbət elektrodlara yapışır, digər maddələr isə suda qalır.

Bu proses əlavə kimyəvi maddələrin əlavə edilməsini tələb etmir. Nəticədə texnologiya daha ekoloji olur.

Yeni qurğu suyun duzsuzlaşdırılması xərclərini 15% azaltmağa imkan verir.

Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən rusiyalı ifaçının planları məlum oldu

Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən Rusiyalı məşhur müğənni, “Via-Qra” qrupunun sabiq üzvü Anna Sedokovanın planları məlum olub.

GuNXeBeR.aZ-ın 360.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə onun prodüseri Sergey Dvortsov danışıb.

Onun sözlərinə görə, ifaçı əsəb sarsıntısına görə düşdüyü tibbi müəssisədən hələ Yeni ildən əvvəl çıxıb. O, qış bayramlarında Mayamiyə səfər edib, hazırda fəal şəkildə konsert fəaliyyətinə hazırlaşır.

“Şübhəsiz ki, Sedokova özünü yaxşı hiss edir. Bildiyim qədər, o, qastrol səfərlərinə hazırdır”, – deyə Dvortsov vurğulayıb.

Xatırladaq ki, dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda “Annaya zəng edin” və telefon nömrəsi yazılmış ekran şəkli olub.

Məsələ burasındadır ki, basketbolçu bundan əvvəl Sedokovanı şantaj edib ki, ona qayıtmasa, özünü öldürəcək. Yanis, hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.

Yanis Timma ilə faciədən sonra Anna Sedokova xəstəxanalıq olub. Müğənni ağır vəziyyətinə görə qastrol turunu ləğv etmişdi.