Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub

Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.

GunXeber.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Binanın böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

YouTube player

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir