“Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər”.
Bu məlumat GunXeber.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.
Qeyd olunub ki, zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridirlər:
“Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.
Günay Rasim qızı Heydərova “Azərbaycan iqtisadiyyatı”, Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu “Vergilər və vergi tutumu”, Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva “Mühasibat uçotu” fənnindən imtahan veriblər”, – deyə məlumatda bildirilir.
Leave a Reply