Ağcabədidə evdə baş verən partlayışla bağlı cinayət işi açıldı

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

GuNXeBeR.aZ xəbər verir ki,  bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb, onlardan üçü yetkinlik yaşına çatmayan şəxsdir:

1. Şamiq Əfqan oğlu Quliyev (1959);

2. Bəhruz Şamiq oğlu Quliyev (1983);

3. Məhəmməd Vidadi oğlu Məmmədli (2015);

4. Murad Vidadi oğlu Məmmədli (2018);

5. Natiq Namiq oğlu Quliyev (2018).

İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Ülviyyə Şamiq qızı Quliyeva (Məmmədova) (1985);

2. Aysun Namiq qızı Quliyeva (2015).

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir