Qadın idarə etdiyi təlim avtomobili ilə kişini vuraraq öldürdü

“Ağcabədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi yanvarın 29-da saat 14:00-da qeydə alınıb”.

Gunxeber.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

“Hadisə rayonun Taxtakörpü qəsəbəsi ərazisində baş verib. Laçın rayon sakini, 1984-cü il təvəllüdlü Esmira Tofiq qızı Binnətəliyeva idarə etdiyi “Hyundai Accent” markalı 10-DY-148 dövlət nömrə nişanlı avtomobillə yol kənarındakı 99-CV-930 dövlət nömrə nişanlı “Mercedes-Benz”dən düşən Beyləqan rayon sakini Rafiq Sətdar oğlu Məmmədovu vurub. R.Məmmədov hadisə yerində həyatını itirib”, – deyə M.Ağayev bildirib.

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, Esmira Binnətəliyeva “Hyundai Accent” təlim avtomobili ilə hərəkət edərkən “Mercedes-Benz” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir