Vaşinqton səmasında baş verən təyyarə qəzasının ilkin detalları məlum olub

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasının səbəbi dispetçerin səhvi ola bilər.

GunXeber.Az xəbər verir ki, CNN dispetçerlə helikopter heyəti arasında baş tutmuş dialoqun bəzi detallarını öyrənə bilib.

Belə ki, dispetçer toqquşma ehtimalının yüksək olduğunu müşahidə edib və dərhal məlumatı helikopter heyətinə ötürüb. Ardınca helikopterin pilotu manevr etmək və toqquşmadan qaçmaq üçün vizual icazə tələb edib.

Nəzarətçi helikopteri idarə edən pilota kursu dəyişməyə icazə versə də, hündürlüyü dəyişməyin qadağan olunduğunu məruzə etməyib. O, təyyarəyə yol verib sonra onun arxasında uçmağı əmr edib, lakin qısa müddət sonra təyyarə vertolyotla toqquşub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir