ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

GuNXeBeR.Az-ın əldə etdiyi məlumata görə, sədr müavini 31 yanvar 2025-ci ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir