Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzov idarə etdiyi “Ford Transit” markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir