Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili Qoşunlarının 2024-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

DİN-in Daxili Qoşunlarının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, işğaldan azad edilmiş şəhər və rayonlarda, o cümlədən COP29 zamanı hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.

Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan GuNXeBeR.Az-a bildirilib.

Verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb.

Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan səkkiz kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı iki ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bakıda müğənni virusdan ölüb?

Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.

Məsələ ilə bağlı “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır:

“Yanvarın 11-i saat 3 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib.

Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00-da şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.

Qeyd edək ki, Rəsmiyyə Bakılı paytaxtın kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.

İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.

Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.

Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha yeddi nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq bir ədəd “AKM” markalı avtomat, bir ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.

Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır. Bundan başqa Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı bir ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.

Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər

Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.

Bununla bağlı GunXeber.Az-a AZAL-dan məlumat verilib.

Belə ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.

Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.

GunXeber.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır”, – deyə məlumatda bildirilib.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar HƏBS OLUNDULAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200 000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

YouTube player

Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb

Abşeronda piyada ölümü ilə nəticələnən avtoqəza olub.

GuNXeBeR.Az  xəbər verir ki, Xırdalan şəhərində Əfsanə Hidayətzadə idarə etdiyi BMW markalı avtomobillə piyada – 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Meşədə meyiti tapılan tibb bacısı intihar edibmiş

Dünən Qusarda meşə sahəsindən üç gün əvvəl itkin düşən Nigar Şabanovanın meyiti tapılıb.

GuNXeBeR.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü N.Şabanovanın özünü ağacdan asaraq intihar etdiyi məlum olub.

Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həkimlik edən Elşən Şabanovun həyat yoldaşıdır. O, ərinin yanında çalışırmış

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəyanətdə şübhələndiyi arvadını öldürən kişi azyaşlı qızı ilə polisə getdi

Abşeron rayonunda 1974-cü il təvəllüdlü Cəlil qısqanclıq zəminində 1976-cı il təvəllüdlü həyat yoldaşı Fatiməni (adlar şərti verilib – red.) öldürüb.

GuNXeBeR.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Cəlil 2017-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fatimənin son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.

Buna görə 28 aprel 2024-cü ildə yaşadıqları Xırdalan şəhərindəki evdə gün ərzində bir neçə dəfə mübahisə edib. Saat 21 radələrində növbəti mübahisə zamanı Fatimənin ona aqressiv cavab verməsi səbəbindən xəyanət şübhələrinin əsaslı olması qənaətinə gəlib. Mətbəxdən bıçaq götürüb və qonaq otağında dayanmış Fatiməyə yaxınlaşaraq ona zərbələr vurub. 32 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə Fatimə ilə rəsmən nikaha daxil olub, birgə nikahdan 2021-ci il təvəllüdlü qız övladları dünyaya gəlib: “Ailə qurduqdan sonra həyat yoldaşımla Oğuz rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçdük. Fatimə ilə son zamanlar münasibətlərim pozuldu. Onun xəyanət etməsindən şübəhələndiyim üçün aramızda tez-tez mübahisələr yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Fatimənin qapıdan kiməsə kağız ötürdüyünü görüb: “Həmin şəxsin kim olduğunu soruşdum, Fatimə cavab vermədi. Mən çölə çıxsam da, heç kimi tapa bilmədim. Evə qayıdıb Fatimə ilə mübahisə etməyə başladım. Telefonunu alıb yoxlatdırmağa aparmaq üçün evdən çıxdım. Evin pəncərəsinə baxanda Fatimənin məni güddüyünü görüb evə qayıtdım.

Aramızda yenə mübahisə oldu. Fatimə mənə nalayiq sözlər dedi. Onun qardaşı Əliyə zəng etdim, gəlib bacısını aparmasını desəm də, imtina etdi. Hər ikimiz bir az sakitləşdikdən sonra mən yenidən Fatimədən niyə xəyanət etdiyini soruşdum. Təzədən mübahisə etdik. Evin mətbəxindən bıçaq götürərək Fatiməni öldürdüm.

Bıçağı necə götürdüyümü, Fatiməni neçə dəfə bıçaqla vurduğumu xatırlamıram. Bundan sonra özüm könüllü olaraq polisə getdim və törətdiyim cinayət əməlini etiraf etdim”.

Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Fatiməni bıçaqlayan zaman 3 yaşlı qızı mətbəxdə olub:

“Həyat yoldaşımla aramızda tez-tez mübahisələr olurdu. Amma heç vaxt bir-birimizə xəsarət yetirməmişik, polisə müraciət etməmişik. Mənim Fatiməni öldürmək məqsədim olmayıb, onu qorxutmaq istəmişəm.

Fatiməni bıçaqla vuranda özümdə olmamışam. Ona görə neçə dəfə vurduğumu, bu prosesin nə qədər davam etdiyini xatırlamıram. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişəm. Spirtli içkilərdən istifadə etsəm də, hadisə baş verən günü içkili olmamışam. Azyaşlı uşağıma hazırda Fatimənin qardaşı baxır.

Polisə təslim olanda heç bir sənəd tərtib edilmədi. Mən cinayət əməlini törədən kimi azyaşlı qızımı da götürüb polis idarəsinə getdim”.

İş üzrə zərərçəkmiş Fatimənin hüquqi varisi qismində dindirilən qardaşı Əlinin sözlərinə görə, aprelin 28-də yaşadığı evdə Cəlil tərəfindən öldürülən Fatimə ilə Cəlil arasında söz-söhbət 2023-cü ilin sentyabr ayından başlayıb: “Buna səbəb Cəlilin qardaşı Nəriman və arvadı Məlahət arasında yaranmış mübahisədə bacım Fatimənin Məlahətin tərəfini tutması olub. Nəriman mübahisə zamanı Məlahətin üstünə silah da çəkib, sonradan onun vasitəsilə silah polisə təhvil verilib. Məlahət isə Nərimandan şikayət etməyib.

Fatimə mənim həyat yoldaşım Sənəmlə söhbət edəndə deyib ki, Nərimanla arvadı arasında mübahisənin səbəbi guya Məlahətin ərinə xəyanət etməsidir. Lakin Fatimə Məlahət haqqında danışanda bu sözə inanmadığını deyib”.

Əlinin ifadəsinə görə, aprelin 28-də saat 18 radələrində Cəlil ona zəng edərək evə çağırıb və bacısından boşanmaq istədiyini deyib: “Mən rayonda olduğumu, səhər işdən icazə alaraq gələcəyimi desəm də, Cəlil əl çəkmədi və mənim mütləq evlərinə gəlməli olduğumu dedi. Bundan sonra arvadımla birlikdə Xırdalan şəhərinə yola düşdük. Yolda Cəlil mənə təkrar zəng etdi. Mən də yolda olduğumu dedim.

Saat 22 radələrində Xırdalan şəhərinə, bacımgil yaşayan mənzilə çatdıq. Biz mənzilə çatanda qapının açıq olduğunu gördük. Böyük otağın qapısını açıb işığını yandırdıqda Fatiməni yerdə qan içində gördük. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.