Bakıda kişi tanışını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

GuNXeBeR.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əziz Əliyev küçəsində baş verib.

51 yaşlı Mehman Fəday oğlu Şirinov yaşadıqları məhəllədə tanışı 42 yaşlı Elməddin Vidadi oğlu Ağamalıyevi şəxsi münasibətlər zəminində qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb.

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb

Yanvarın 13-də yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedən və bir daha geri qayıtmayan Neyjan İmaməddin qızı Hüseynova tapılıb.

Bununla bağlı GuNXeBeR.aZ-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Barəsində axtarış elan edilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib”,- deyə məlumatda bildirilib.

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.

GuNXeBeR.aZ xəbər verir ki, Binəqədi rayon sakini Samirə Məmmədova onunla eyni ünvanda yaşayan qızı 2010-cu il təvəllüdlü Hüseynova Neyjan İmaməddin qızının yanvarın 13-də, saat 10:00 radələrində yaşadıqları evdən çıxıb naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Onun itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hazırda faktla bağlı Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılır.

Azərbaycanda daha bir gənc qızdırmadan öldü – Ölkədə tüğyan edən bu virus nədir?

Azərbaycanda daha bir nəfər xəstəlikdən ölüb.

GuNXeBeR.aZ xəbər verir ki, hadisə Saatlı rayonunda qeydə alınıb.

Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə vəfat edib.

İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar respublikada qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virus yayılıb.

Mediada yayılan məlumatlara görə, yayılan virus və xəstəliklərdən hətta ölüm halları da baş verib.

Belə ki, Ağcabədinin Ağabəyli kənd sakini 10 yaşlı məktəbli qız qızdırmadan dünyasını dəyişib.

Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib.

Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.

COP29 könüllüləri üçün pul mükafatı ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə COP29 tədbirinin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə təşəkkürnamə və pul mükafatı ayrılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə COP29 İşçi Qüvvəsi və Könüllülərlə İş komandasının məlumatında bildirilib.

Qeyd edilib ki, təşəkkürnamələrini 08-14 yanvarda COP29-dan əldə edən könüllülər “Kapital Bank” ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq mükafatlarını əldə edə biləcəklər. Əlavə edək ki, xüsusi pul mükafatının məbləği 1 500 manatdır.

İbrahim Kərbalıyevin oğlu özünü 17-ci mərtəbədən atdı

Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib.

GuNXeBeR.Az  xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.

Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur

Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.

GuNZXeBeR.az “Teleqraf”a istinadən xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə – 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.

Onlar əslən Şəmkir rayonunun Çinarlı kəndindəndirlər. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmənin raket hücumu zamanı onların evi dağılıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.

22 yaşlı Ümid Yalçın oğlu Əlizadə yanvarın 13-də burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.

Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb.

Ü.Əlizadənin intihar faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Emin İsmayılov vəzifəsindən AZAD EDİLDİ

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov tutduğu vəzifəsindən azad edilib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Emin İsmayılov bu vəzifəyə 2021-ci ildə təyin edilmişdi.

Meşədə meyiti tapılan Nigarın FOTOSU

Meşədə meyiti tapılan tibb bacısı Nigar Şabanovanın şəkli yayılıb.

GuNXeBeR.Az həmin fotonu təqdim edir:

Qeyd edək ki, Nigar Şabanova bu gün Qusar şəhərində dəfn edilib.

10:44

Dünən Qusarda meşə sahəsindən üç gün əvvəl itkin düşən Nigar Şabanovanın meyiti tapılıb.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü N.Şabanovanın özünü ağacdan asaraq intihar etdiyi məlum olub.

Onun son vaxtlar depressiv vəziyyətdə olduğu bildirilib.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həkimlik edən Elşən Şabanovun həyat yoldaşıdır. O, ərinin yanında çalışırmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Atletika Federasiyasına YENİ TƏYİNATLAR

Azərbaycan Atletika Federasiyasında (AAF) yeni təyinatlar reallaşıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə AAF-ın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Federasiya prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyevanın görüşü zamanı Oktay Mirzəyev Azərbaycan millisinin baş məşqçisi, Michal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçisi təyin olunub.

O.Mirzəyev baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.