Xaçmazda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub

Rayon ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib.

GuNXeBeR.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçirilib. Son 5 gün ərzində keçirilən tədbirlər zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 14 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların narkotik vasitə qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və hər biri 25 sutka inzibati qaydada həbs edilib.

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 11 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.

Xaçmaz rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Anasının imtina etdiyi beşaylıq körpə xəstəxanada öldü

Beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.

GuNXeBeR.Az-ın məlumatına görə, yanvarın 18-də Yasamal rayonunda B.Bağırova küçəsi 4 ünvanında yerləşən “OMD” xəstəxanasında anası 2000-ci il təvəllüdlü Kamilla Ələkbərova tərəfindən imtina edilmiş beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib, 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə GuNXeBeR.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

AZAL təyyarəsinin qəzası: Həqiqət gizlədiləndə

“Göz yaşları heç vaxt qurumayacaq, bu ağrı Azərbaycan Hava Yollarının təyyarə qəzasında həlak olanların yaxınlarının qəlbində əbədi qalacaq. Qaranı ağartmaqdan, ağı qaraltmaqdan əl çəkə bilməyənlər isə işə başlayıblar”.

GunXeber.Az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının yeni buraxılışında söhbət açılır.

“Bu günlərdə Rusiyanın “Baza Telegram” kanalı təyyarənin ekipajının Rusiya və Qazaxıstan hava limanlarında dispetçerlərlə söhbətlərinin səsyazma stenoqramını dərc edib. Bu məlumatın ardınca dərhal yuxarıdan verilən tesizlərdən sonra çoxsaylı nəşrlər dərc olunub, stenoqramın Bakının yanlış olduğunu sübuta yetirdiyi bildirilib. Yeri gəlmişkən, təəccüblü deyil ki, bu dalğa dərhal Ermənistanda da baş qaldırıb və onlar hətta “Telegram” kanalının Bakının “böhtana görə” Moskvadan üzr istəməli olduğunu da deyiblər”.

Daha ətraflı videomaterialda:

YouTube player

Məzahir Niftiyev: “Ermənilər tələb edirdilər ki, təcili Bakı Buxtasını tərk edək”

“Bizim məqsədimiz o idi ki, qətliamlar dayansın, onlar ölkəni tərk etsinlər”.

GuNXeBeR.Az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev deyib.

Onun sözlərinə görə, ermənilər tələb edirdilər ki, təcili Bakı Buxtasını tərk edək, yoxsa bizi gülləbaran edəcəklər. Lakin dənizçilərimiz yerlərindən tərpənmirdilər. Bu mübarizədə qərargahın olması dənizçilər üçün çox vacib idi. Ona görə də, Sabit Orucov gəmisi qərargah təyin edilir” – o bildirib.

Ətraflı Süjetdə:

YouTube player

Keşlədə su xətti partladı: Sakinlər çıxılmaz vəziyyətdə QALDILAR

Yaşadıqları evlərindən çıxmağa məcburdurlar, çünki nəmişlik öz sözünü deyir.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən xəbər verir ki, günlərdir evlərinin altından axan su, Bakının Keşlə qəsəbəsində məskunlaşan sakinləri təngə gətirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər xəbər”ə bildirilib ki, ərazidə vəziyyət doğrudan da ciddidir, o evlər D 600 mm-lik su xəttinin üzərində inşa olunub. Problemi yaradan qəza isə qonşunun evidir, ev sahibi qəzanın aradan qaldırılmasına imkan vermir.

Günü sabah rayon icra hakimiyyəti, eləcə də, digər aidiyyəti qurumların birgə iştirakı ilə əraziyə yenidən baxış keçiriləcək və problemin həlli yönündə işlər aparılacaq.

Ətraflı süjetdə:

YouTube player

Ağdaşda yas mərasimindən qayıdan baba və nəvəsi QƏZAYA DÜŞDÜLƏR

Yevlaxda idarəetmədən çıxan VAZ-2110 markalı maşın yol kənarındakı kanala düşüb.

GuNXeBeR.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qüdrət Məmi oğlu Əhmədov baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun nəvəsi 17 yaşlı oğlan isə xəsarət almayıb.

Qeyd edək ki, hər iki şəxs Ağdaşdan yas mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə “şortik” DAVASININ TƏFƏRRÜATI: “Ayıbdır, camaat baxır”

Gəncədə “şortik” mübahisəsi qanla nəticələnib.

GuNXeBeR.Az Baku TV-yə istinadən xəbər verir ki, şəhərin Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov “şortik” geyindiyinə görə həyətdəki gənclər onunla mübahisə ediblər.

Bu zaman kişiyə bir neçə bıçaq xəsarəti yetirilib.

“Eşitdiyimə görə, kişiyə deyiblər ki, ayıbdır, camaat baxır, niyə “şortik”lə küçəyə çıxıbsan? Ona görə, mübahisə yaranıb. Deyəsən, hadisəni törədənlər sərxoş olublar”, – qonşu Amid Həsənov deyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İlimşah Şahvələdova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:

YouTube player

İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin baş icraçı direktoru Nik Stader ilə görüşüb.

GuNXeBeR.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nik Stader “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxundu.

Nişanlı cütlük qəzaya düşdü: Bir nəfərin vəziyyəti AĞIRDIR

Samuxda “Ford” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

GunXeber.Az xəbər verir ki, qəza nəticəsində 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

K.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.