Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.
GuNXeBeR.Az Lent.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun imzaladığı müvafiq əmrlə Əfsələddin Buqayev “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bu vəzifəni tutan Tamara Fəxrəddin qızı Nurəliyeva bu gün işdən çıxarılıb.
Əfsələddin Buqayev isə bu təyinata qədər “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı “Instagram” hesabında paylaşım edib.
GuNXeber.Az xəbər verir ki, paylaşımda deyilir:
“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”
Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.
GuNXeBeR.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham olunub.
Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9 121 670.62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.
Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.
Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu “ARTS” tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.
Bakıda yanvarın 17-də hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesində zərərçəkən kimi tanınan Azərbaycan vətəndaşları Birinci Qarabağ müharibəsi zamanı şahidi olduqları hadisələrdən danışıblar.
GuNXeBeR.Az xəbər verir ki, “Report”a müsahibəsində o zaman Ağdamda yaşayan Fəzri Rüstəmov 1992-ci ildə evlərinə mərmi düşməsinin nəticəsində dağıldığını deyib:
“Evimiz dağıldı. Ailəmizdən yaralanan oldu. Mən cinayət işi üzrə zərərçəkən kimi tanınmışam. Dövlətimizə təşəkkür edirəm ki, haqq-ədalət öz yerini tapır”.
Birinci Qarabağ müharibəsi iştirakçısı Cavanşir Qəmbər isə “Report”a qarşı tərəfin müharibə cinayətləri törətdiyinin şahidi olduğunu deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində komandir olub və bütün hadisələr gözünün qabağında baş verib:
“Biz vətəndaşlarımıza qarşı insanlığa sığmayan hərəkətləri görmüşük. Bunlar adamların başını daşla əzib öldürürdülər. İndi özlərini elə aparırlar ki, guya məsumdurlar. Belə bir məhkəmənin keçirilməsi dövlətimizin ədalətinin göstəricisidir. Biz onlardan fərqli olaraq ağır cinayətlərdə ittiham olunan ermənilərlə insan kimi rəftar edirik. Onlar bizim xalqa qarşı belə humanist olmayıblar”.
Qarabağ müharibəsi əlili Akif Hacıyev isə məhkəməsi keçirilən təqsirləndirilənlərə layiq olduqları cəzanın verilməsini istəyir:
“Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə layiqli cəza verilməlidir, çünki onlar bizim xalqa qarşı çox amansız olublar. Danışdıqca, hadisələr gözümün qabağına gəlir”.
O bildirib ki, Qarabağ döyüşlərində qardaşı və nəvəsi şəhid olub, özü evindən didərgin düşüb.
Zərərçəkən Nailə Şərifova öz növbəsində bildirib ki, Qarabağ müharibələrində dörd nəfər yaxın adamı şəhid olub:
“Evimiz dağılıb, balamız şəhid olub. Mən həm şəhid nənəsi, həm də şəhid bacısıyam. Dövlətimiz sağolsun ki, ədaləti bərpa edir”.
Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2548 epizod üzrə işinə baxır.
1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılan 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq obyekti olub.
Toplanmış sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Onlar cinayətkar birləşmələrdə iştirak etdikləri dövrlərdəki əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
GuNXeber.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi bitib.
GunXeber.Az “Unikal”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İlk olaraq təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə müdafiə çıxışında zərərçəkmiş şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həmçinin Samir İsrafilov əvvəllər öz atasını qətlə yetirməsini və bununla bağlı məhkumluq həyatı yaşadığını qeyd edib. Buna görə də, müvəkkilinin özünü müdafiə etdiyini məhkəmənin nəzərinə çatdırıb. Sadalananları nəzərə alaraq Ruhiyyə Tahirovaya sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddinin verilməsini istəyib.
Belə ki, hadisə baş verdiyi zaman o, R.Tahirovanı ölümlə hədələyib. Vəkil ötən proseslərdə də zərərçəkən Samir İsrafilovun psixoloji vəziyyəti ilə bağlı müvafiq sənədlərin məhkəməyə sübut kimi təqdim edilməsini xahiş edib.
Zərərçəkənin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu qeyd edib.
Hökmə əsasən Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Ruhiyyə Tahirova baş verməsi cinayətdə özünü təqsirli bilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
GuNXeBeR.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər yayıb.
GunXeber.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nurlan Şahyəddin oğlu Namazov məzuniyyətdə olarkən yaşadığı ünvanda vəfat edib.