Azərbaycanda kartof BAHALAŞDI

Son aylarda kartofun bahalaşdığı müşahidə edilir.

GuNXeBeR.Az ATV-yə istinadən xəbər verir ki, bahalaşma həm bazarlarda, həm də mağazalarda hiss olunur.

Belə ki, 1 manat 30 qəpiyə satılan kartof hazırda 1 manat 79 qəpiyə təklif olunur.

Ekspertlər isə deyirlər ki, Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bu il digər kənd təsərrüfatı məhsulları kimi kartofun da məhsuldarlığı aşağı olub.

Ona görə də, əvvəlki illərdən fərqli olaraq, hazırda bazarda kartof qıtlığı özünü daha tez büruzə verir.

Ətraflı süjetdə:

YouTube player

Ukraynanın neçə minlik ordusu var? – Zelenski AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkə ordusunun şəxsi heyətinin sayı 880 min nəfər olaraq qalır və onu azaltmaq planı yoxdur.

GuNXeBeR.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Varşavada Polşanın Baş naziri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, bu 880 min nəfər ölkə daxilində səpələnib. Buna görə də Kiyev Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasının əleyhinədir.

“Azalma və s. haqqında mesajlar oyundur, biz bu gün bu oyunları oynamırıq”, – deyə dövlət başçısı qeyd edib.

Qətlə yetirilən şagirdin FOTOSU

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı Emil Elçin oğlu Qələndərovun görüntüsü yayıılıb.

GuNXeBeR.Az həmin fotonu təqdim edir:

Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub.

GuNXeBeR.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.

E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.

YouTube player

Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr ölkədən qovuldular

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.

GuNXeBeR.Az xəbər verir ki, “MOUZE” “Telegram” kanalı bununla bağlı maraqlı faktlar əldə edib.

Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.

Məhkəmədə qatil və mərhumun anası ÜZ-ÜZƏ

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisəyə səbəb yoldaşının ona xəyanət etməsi olub.

“Qadağan etməyimə baxmayaraq, məndən xəbərsiz telefon işlədirdi “, – o söyləyib.

Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə, qızına qoyulan telefon qadağasından xəbərdar olub:

“Qızım həmişə deyirdi ki, Bəxtiyar telefon işlətməyə icazə vermir. Mən də Bəxtiyara söyləyirdim ki, işi üçün lazımdır, balalarına, sənə yardım etmək üçün işləyir. İki ay idi, onları ayırmışdım. Qızım “Bəxtiyar məni öldürəcək” deyirdi. Mən də söyləyirdim ki, o belə şey etməz”.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyev yaşadıqları fərdi evdə arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası fevralın 19-na təyin olunub.

Ətraflı Baku TV-nin süjetində:

YouTube player

“Qayınanam yüngül həyat tərzi keçirirdi, arvadım da ona qoşuldu” – Qanlı cinayətin təfərrüatı

Yevlax rayonunda 2000-ci il təvəllüdlü Qədir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

GuNXeBeR.Az xəbər verir ki, İradə hadisədən bir neçə gün əvvəl qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Qədirdən küsərək Yevlax şəhərinə, valideynlərinin evinə gedib. Qədir barışmaq üçün İradənin valideynləri ilə yaşadığı evin qarşısındakı küçəyə gəlib.

Qədir küçəyə açılan qapının bağlı olduğunu görüb və hasardan aşaraq həyətə keçib. Daha sonra İradəni uca səslə çağırıb.

İradənin həyətə çıxmadığını görəndə münaqişəyə cəlb etmək məqsədilə onu ucadan nalayiq sözlərlə söyüb. İradənin yenə həyətə çıxmadığını görüb və yumruqla vuraraq evin pəncərəsinin şüşəsini sındırıb.

Qaynı Sahil evin giriş qapısını açanda o, özü ilə gətirdiyi mətbəx bıçağı ilə İradəni vurmaq qərarına gəlib. Nalayiq söyüşlərinə davam edib, İradənin üzərinə hücum çəkərək azyaşlı qızı və qardaşının gözü qarşısında ona bıçaq zərbələri vurub.

İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl qeyri-rəsmi ər-arvad kimi yaşadığı İradə, 2015-ci il təvəllüdlü qızı Səbinə və 2022-ci il təvəllüdlü qızı Dənizlə birlikdə Bakı şəhərinə gedib. Ayna Sultanova prospektində bina evində kirayədə yaşayıb: “Ev tutaraq yerləşdikdən sonra qaynanam Fatimə və onun gəlini Lalə də bizim evə gələrək birlikdə yaşalmağa başladılar. Bundan narazı olduğuma görə arvadımla aramızda mübahisə yarandı. Qayınanamın yüngül həyat tərzi keçirdiyini bildiyim üçün onun bizimlə yaşamasına etiraz elədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin iyul ayının təxminən 14-15-də arvadının anası Fatimə ilə birlikdə yüngül həyat tərzi keçirdiyini, evə kənar şəxs gətirdiklərini başa düşüb: “Buna görə aramızda münaqişə yarandı. İyulun 18-də Bakıdan Ağdaş şəhərinə qayıtdım. Səhəri günü İradə və onunla qalanlar da kirayə evdən çıxaraq öz yaşadıqları Yevlax şəhərinə qayıtdılar”.

Qədir qeyd edib ki, iyulun 22-də İradəni qorxutmaq, onun xəyanət etməsinin qarşını almaq üçün yüngül formada cəzalandırmaq məqsədi ilə Yevlax şəhərinə gedib: “Onların həyətinə daxil oldum, İradəni səsləyərək çağırdım. O, evin həyətinə açılan pəncərənin qarşısına gəlsə də, qapını açmadı. Bu zaman əsəbiləşərək yumruqla pəncərənin şüşəsinə zərbə endirdim, şüşə qırıntıları sağ biləyimi kəsdi. Səs-küyə gələn İradənin qardaşı evin qapısını açdıqda içəri girdim. Özümlə gətirdiyim mətbəx bıçağı ilə İradəni iki-üç dəfə vurdum. Qan axdığını görəndə bıçağı yerə ataraq oradan uzaqlaşdım.

Mən İradəyə qapını açmadığı üçün əsəbiləşərək bıçaqla xəsarət yetirmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İradənin sözlərinə görə, 2014-cü ilin mayından Qədirlə nikahdankənar ailə həyatı qurmaqla ər-arvad kimi birlikdə yaşayıb: “4 iyun 2024-cü ildən Bakıda Ayna Sultanova prospektində kirayədə qalırdıq. Anam və qardaşımın arvadı da bizimlə birlikdə yaşayırdılar. Qədir çox qısqanc olduğuna görə heç bir əsas olmadan mübahisə edir, məni başqa şəxslərlə danışmaqda və görüşməkdə günahlandırdı. Buna görə iyulun 18-də aramızda baş vermiş mübahisə səbəbindən Qədir bizi Bakı şəhərində qoyaraq Ağdaş şəhərinə qayıtdı”.

İradə qeyd edib ki, iyulun 19-da oradan çıxaraq Yevlax rayonuna atası evinə qayıdıblar: “İyulun 22-də saat 6 radələrində Yevlaxdakı evdə yatdığımız vaxt pəncərənin, qapının döyüldüyünü, Qədirin nalayiq sözlərlə məni çağırdığını eşitdim. Yatağımdan duraraq pəncərəsi həyətə açılan zala keçdim. Pəncərədən baxanda Qədiri gördüm.

Səs-küyə qardaşım Sahil və onun arvadı Lalə də yuxudan oyandı. Qapı-pəncərəni açmadığımı görən Qədir yumruqla vurub otağın pəncərəsini sındırdı. Şüşə onun sağ qolunu kəsdi. Pəncərə sınandan sonra Qədiri sakitləşdirmək üçün qardaşım Sahil evin qapısını açdı. Bu zaman Qədir əlindəki bıçaqla evə girdi. Giriş qapısının yanında bıçaqla bir dəfə sağ qoltuqaltı, iki dəfə də üz nahiyəmə vurdu. Bıçaq sağ göz nahiyəmə xəsarət yetirdi.

Qədir məni bıçaqla vuranda qardaşım və qızım da orada idi. Qardaşım Qədirin qarşısına duraraq ona mane olmağa çalışsa da, gücü çatmadı. Qədir məni üç dəfə vurduqdan sonra bıçağı ora tullayaraq getdi. Evimizin yaxınlığında yaşayan Rasim öz avtomobili ilə məni Yevlax şəhər Mərkəzi Xəstəxanasına apardı”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Qədir 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qəfil ölən rəis müavininin FOTOSU

Gəncədə avtomobildə infarkt keçirərək ölən vəzifəli şəxsin görüntüsü yayılıb.

GunXeber.Az həmin fotonu təqdim edir:

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.

GuNXeBeR.Az məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərov “Nissan” markalı avtomobildə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamentinin Stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.

Dini qurumların rəhbərləri Azərbaycan Prezidentinə təşəkkür ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər.

GuNXeBeR.Az xəbər verir ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) “Report”a bildirib ki, Prezident İlham Əliyevin dini qurumlara göstərdiyi maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. O, bu addımın dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sözügedən Sərəncamla bağlı fikirlərini bölüşərək, Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.

M.Yevdayev, dövlətin dini icmalara olan qayğısının onların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmli olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dinlərarası əməkdaşlığın inkişaf etdiyini və bütün dinlərin nümayəndələrinin bir arada mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, dövlətin dini icmalara göstərdiyi dəstəyin və verdiyi maliyyə yardımının vacib və dəyərli olduğunu deyib.

İsayev Sərəncamın ölkədəki dini icmalar üçün əvəzsiz dəstək olduğunu qeyd edərək Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Maliyyə yardımının Sefarad yəhudiləri icmasının fəaliyyətini gücləndirəcəyini, habelə mədəniyyətin qorunması və inkişafı sahəsində vacib addımların atılmasına imkan yaradacağını vurğulayıb. O, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası harmoniya və əməkdaşlıq baxımından örnək ölkə olduğunu, dövlətin dini icmalara göstərdiyi qayğının multikulturalizmi və tolerantlığı daha da möhkəmləndirdiyini bildirib.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycanda dini tolerantlıq və azadlıq prinsiplərinin yüksək səviyyədə qorunduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını qeyd edərək, bu istiqamətdə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü ifadə edib.

Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov Prezident İlham Əliyevin ölkədəki tolerantlıq və din azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını bildirib, bu addımın dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcma sədri bu dəstəyin protestant icmalarının fəaliyyətinə töhfə olduğunu deyib.

Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icmasından bildiriblər ki, Prezidentin sərəncamı Azərbaycan dövlətinin dini müxtəlifliyi dəstəkləmək və icmaların fəaliyyətini gücləndirmək istiqamətindəki müsbət siyasətinin təzahürüdür. Azərbaycan dövlətinin dini azadlıqların qorunması və ölkədəki dini harmoniya mühitinin möhkəmləndirilməsi sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilərək, verilən dəstəyin icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi üçün böyük imkanlar yaratdığı bildirilib.

Qeyd edək ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

“Instagram”ın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

8.7 mindən çox istifadəçi tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir.

“Instagram”ın işindəki nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Çimnaz Sultanova VƏFAT ETDİ

Aktrisa Çimnaz Sultanova vəfat edib.

GuNXeBeR.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

Mərhum sabah dəfn ediləcək.