Ağsuda silahlı narkokuryerlər saxlanılıblar

Ağsuda silahlı narkokuryerlər saxlanılıb.

GunXeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.

Onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şəmkirdə dəhşətli qəzada ölən şəxslərdən daha birinin adı AÇIQLANDI

Şəmkirdə baş verən ağır qəza zamanı ölən daha bir şəxsin kimliyi məlum olub.

GunXeber.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, araşdırmalar zamanı qəza zamanı “Niva” markalı avtomobildə ölən digər şəxsin Şəmkir rayon sakini, 28 yaşlı Babək Hüseynov olması müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

GuNXeBeR.Az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Qəbələdə göldə bir nəfər batıb

Qəbələdə göldə bir nəfər batıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Hadisə barədə əlavə məlumat veriləcək.

Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb

Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən “Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurdu: Vəziyyəti ağırdır

“Elektrik cərəyanı vurması nəticəsində xəstəyə başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub”.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

“Yanvarın 23-ü saat 10:00-da elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü bir nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub.

Xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40%-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.

Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.

Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir”,-deyə cavabda qeyd olunub.

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvarın 20-də saat 20:01-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon (M-40) və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

21 yaşlı çoban fermada intihar etdi

Göyçayda intihar hadisəsi baş verib.

GuNXeBeR.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Nurlan Abbasov Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən fermanın yaxınlığındakı yarımtikilinin çardağında özünü asıb.

O, həmin fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Məhkəmə beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlərlə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) olmuş Ədalət Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

GunXeber.Az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Ədalət Süleymanovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə və Şöhrət Əhmədovun Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən, Ədalət Süleymanova aid hissədə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova yaşadığı həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediklərinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20 radələrində xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, Ədalət Süleymanova isə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı Ədalət Süleymanova aid hissə ləğv olunub. Belə ki, o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin hökmü Ədalət Süleymanova aid hissədə ləğv olunub və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdı.

Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq?

Abşeronda avtomobil yolunda çökmə baş verib.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.

Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.

Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də məlumatlıdır.

Bildirilib ki, həmin yolun bir neçə hissəsində adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.

Abşeron Rayon İcra Hakimiyyətindən isə ”Xəzər Xəbər”ə bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksəktəzyiqli su kəmərində baş vermiş qəza və nəticədə, su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb.

O da bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.

Ətraflı süjetdə:

YouTube player