Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi

Hollivud ulduzu Cennifer Qarner keçmiş həyat yoldaşı Ben Afflekin Cennifer Lopeslə ünsiyyətindən narazılığını bildirib.

GuNXeBeR.aZ-ın verdiyi məlumata görə, bu barədə “In Touch Weekly” nəşri mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, Afflek Lopeslə söhbətlərində kifayət qədər kobud və deyingən davranır ki, bu da Qarneri qətiyyən qane etmir.

Qarner hesab edir ki, 49 yaşlı aktyor artıq yetkinləşməli və Lopesə qarşı daha mehriban olmalıdır. Aktrisa hesab edir ki, o, müğənniyə qarşı eqoist və nankor davranır.

Mənbə açıqlayıb ki, Qarner xüsusilə Lopesin boşanmaya baxmayaraq, Afflekin uşaqları ilə əlaqələri davam etdirməsinə heyranlığını vurğulayıb. Afflek isə Lopesin musiqiçi Mark Entoni ilə nikahından olan 13 yaşlı əkiz övladları Maks və Emma ilə ünsiyyətdən imtina edir.

“Lopes sözünü tutdu və uşaqların həyatında iştirak etməyə davam etdi, lakin Ben onun əkizləri üçün eyni şeyi etmədi. Cen (Qarner) onu danlayıb və səylərini artırmağa çağırıb”, – deyə mənbə bildirib.

Xatırladaq ki, boşanandan sonra dostluq münasibətlərini qoruyan Cennifer Qarner və Ben Afflekin üç övladı var: 15 yaşlı Vayolet, 12 yaşlı Serafina və 9 yaşlı Samuel.

Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur

Dəniz suyunun içməli suya çevrilməsini asanlaşdıran və təmizləmə xərclərini əhəmiyyətli dərəcədə azaldan yeni texnologiya icad edilib.

GuNXeBeR.aZ-ın verdiyi məlumata görə, ABŞ-nin Miçiqan və Rays Universitetlərinin mühəndisləri tərəfindən aparılan tədqiqatın nəticələri “Nature Water” jurnalında dərc edilib.

Bildirilir ki, metod karbon elektrodlarından istifadə edərək toksik bor maddəsinin kənarlaşdırılması üsuludur.

Bor dəniz suyunun təbii komponentidir, lakin onun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz normalardan iki dəfə çoxdur. Kənd təsərrüfatı bitkiləri üçün borun yol verilən səviyyəsi daha aşağıdır – 5-12 dəfə. Standart filtrasiya zamanı bor adətən filtrlərdən keçir və içməli suyu çirkləndirir.

Əvvəllər filtrasiya mərhələsindən sonra bor maddəsinin kənarlaşdırılması üçün onun elektrik yükünü dəyişdirmək məqsədilə qələvi kimi kimyəvi maddələrin əlavə edilməsi tələb olunurdu. Bu, suyun təmizlənməsi prosesini bahalı və enerjitutumlu edirdi.

Alimlər bor maddəsini səmərəli şəkildə tutan elektrodlar hazırlayıblar. Texnologiya bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə membran vasitəsilə əsas duz ionları kənarlaşdırılır. Sonra su elektrodları olan kameradan keçir, burada su molekulları müsbət hidrogen ionlarına və mənfi hidroksid ionlarına ayrılır. Sonuncular borla birləşərək ona mənfi yük verir. Daha sonra yükü sayəsində bor müsbət elektrodlara yapışır, digər maddələr isə suda qalır.

Bu proses əlavə kimyəvi maddələrin əlavə edilməsini tələb etmir. Nəticədə texnologiya daha ekoloji olur.

Yeni qurğu suyun duzsuzlaşdırılması xərclərini 15% azaltmağa imkan verir.

Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən rusiyalı ifaçının planları məlum oldu

Keçmiş ərinin intiharından sonra xəstəxanaya düşən Rusiyalı məşhur müğənni, “Via-Qra” qrupunun sabiq üzvü Anna Sedokovanın planları məlum olub.

GuNXeBeR.aZ-ın 360.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə onun prodüseri Sergey Dvortsov danışıb.

Onun sözlərinə görə, ifaçı əsəb sarsıntısına görə düşdüyü tibbi müəssisədən hələ Yeni ildən əvvəl çıxıb. O, qış bayramlarında Mayamiyə səfər edib, hazırda fəal şəkildə konsert fəaliyyətinə hazırlaşır.

“Şübhəsiz ki, Sedokova özünü yaxşı hiss edir. Bildiyim qədər, o, qastrol səfərlərinə hazırdır”, – deyə Dvortsov vurğulayıb.

Xatırladaq ki, dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda “Annaya zəng edin” və telefon nömrəsi yazılmış ekran şəkli olub.

Məsələ burasındadır ki, basketbolçu bundan əvvəl Sedokovanı şantaj edib ki, ona qayıtmasa, özünü öldürəcək. Yanis, hətta keçmiş həyat yoldaşının paylaşımına özünün ölüm tarixini də yazıbmış.

Yanis Timma ilə faciədən sonra Anna Sedokova xəstəxanalıq olub. Müğənni ağır vəziyyətinə görə qastrol turunu ləğv etmişdi.

Şərab və pivənin sağlamlıq üçün faydalı miqdarı açıqlandı

“Şərab və pivə kiçik dozalarda prebiotik – bağırsaqda faydalı bakteriyaların böyüməsini və aktivliyini stimullaşdıran maddələr rolunu oynaya bilər”.

GuNXeBeR.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-qastroenteroloq Aleksandra Kovalyova məlumat verib.

Onun sözlərinə görə, sirr alkoqolun özündə deyil, şərab və pivənin hazırlanmasında istifadə olunan bitki komponentlərindədir.

Həkim bildirib ki, qırmızı üzüm, səməni və mayaotunda olan polifenollar, həmçinin mayaotu və səmənidən alınan beta-qlükan və arabinozooliqosakaridlər bağırsaq funksiyasına müsbət təsir göstərən prebiotiklərə aiddir.

Bununla belə, Kovalyova bu içkilərin miqdarında diqqətli olmaq barədə xəbərdarlıq edib. O, alkoqol qəbulunu həftədə 20-30 q etanolla məhdudlaşdırmağı, yaxud alkoqolsuz içki variantlarını seçməyi tövsiyə edib.

“Yadda saxlamaq vacibdir ki, pivə və şərab müsbət prebiotik təsirə baxmayaraq, parçalanma zamanı birinci qrup kanserogenlərə – xərçəng riskini əhəmiyyətli dərəcədə artıran maddələrə aid olan asetaldehid əmələ gətirən etanol tərkiblidir. Alkoqol qəbulu zamanı ürək-damar xəstəlikləri və mədə-bağırsaq xəstəlikləri riskinin azalmasını təsdiqləyən tədqiqatlarda xəstələr şərti olaraq kiçik (həftədə 20-30 q etanola qədər) dozalarda alkoqol qəbul ediblər. Bundan əlavə, pivə və şərabın prebiotik komponentlərinin potensial faydası içkilərin alkoqolsuz formalarının istifadəsi zamanı əldə edilə bilər”, – deyə həkim əlavə edib.

Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.

GuNXeBeR.aZ Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində “GO” markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.

O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Diddi Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər

Son zamanlar məşhur reper P.Diddi ətrafında baş verən qalmaqal şou-biznesin ən çox müzakirə olunan cütlüklərindən biri – Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər.

GuNXeBeR.aZ-ın verdiyi məlumata görə, bu barədə “Radar Online” nəşri ulduzların əhatəsindəki mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, Castin Biber Diddiyə qarşı məhkəmə işində ifadə vermək ehtimalı səbəbindən dərin stress vəziyyətindədir. Müğənni reperin partilərində baş verən dəhşətlər haqqında danışmaqdan qorxur.

“Heyli Biber ərini dəstəkləmək cəhdlərində öz imkanlarının son həddinə çatıb. Onların yenicə uşağı olub. Castinin etdiyi yeganə şey özünə yazığı gəlmək və narahatlıq keçirməkdir. Bu işlə bağlı ümidsizliyə qapıldığı bir vaxtda ona kömək edə biləcək çox az şey var. O, ər və ata kimi vəzifəsinin öhdəsindən gələ bilmir. Belə getsə, Heyli onların gələcəyi ilə bağlı çətin qərar verməli olacaq. Heyli Castini sevir, amma Diddinin onları ayırdığını görür və bu, onların evliliyinin dağılmasına səbəb ola bilər”, – deyə mənbə vurğulayıb.

Bundan əvvəl mətbuatda xəbər yayılmışdı ki, yeniyetmə yaşlarında Castin o vaxt dostluq etdiyi P.Diddi tərəfindən zorakılığın qurbanı olub.

2 avtomobillə toqquşan moped sürücüsü hadisə yerindən qaçdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə axşam saatlarında, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

Moped sürücüsü nəqliyyat vasitəsini hərəkətdə olan iki avtomobilə çırparaq hadisə yerindən uzaqlaşıb.

Qəza nəticəsində maşına ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:

Bakıda idmançı qohumunu öldürənin cəzası beş il azaldıldı

Bakıda idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cəzası azaldılıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Lent.az-a təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın qərarına əsasən, təqsirləndirilən şəxsin əməli 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.

Beləliklə, Yusif İsmayılovun cəzası 17 ildən 12 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun hökmünə əsasən Yusif İsmayılov 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, ötən il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov isə Etibarın xalası oğludur.

Prezident İlham Əliyev Davos səfəri ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos səfəri ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

GuNXeBeR.Az xəbər verir ki, Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasında işguzar səfərdədir və forum öncəsi bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.

https://twitter.com/azpresident/status/1881795039552270421?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1881795039552270421%7Ctwgr%5Edf95a4a282a07792f8149499456e9a1543fb595d%7Ctwcon%5Es1_c10