Amerikalı bloqer və güləşçi Loqan Pol argentinalı futbolçu Lionel Messiyə idman içkiləri ilə bağlı məhkəmə çəkişməsi əvəzinə boks döyüşü təklif edib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “TalkSport” məlumat verib.

Bildirilir ki, belə bir döyüşün baş vermə ehtimalı çox azdır.

Qeyd edək ki, 2022-ci ildə Pol boksçu və musiqiçi KSI ilə birlikdə “Prime” içkisini buraxıb. Tezliklə bu içki bir sıra idman klublarının rəsmi içkisinə çevrilib.

2024-cü ildə isə Messi “Prime”a çox oxşayan butulkalar və etiketlərlə “Mas+” adlı idman içkiləri seriyasını təqdim edib. Messinin brendi “Prime”ın onları qablaşdırmalarını dəyişməyə məcbur etməyə çalışdığını iddia edərək, rəqabətə zidd davranışa görə məhkəməyə müraciət edib. “Prime” isə Messinin brendini onların dizaynını kopyalamaqda ittiham edərək əks iddia qaldırıb.

Pol sosial mediada “Qardaş, sən bizi kopyaladın” deyərək, Messi 2025-ci ildə döyüşməyə razılıq verərsə, iddiadan imtina etməyi düşündüyünü bildirib.