Bakıda məktəblinin bullinqə məruz qalması ilə bağlı görüntülər yayılıb.

GuNXeBeR.Az xəbər verir ki, videoda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbdə bir qrup şagirdin əlbir olaraq digər şagirdə fiziki zorakılıq etdiyi görünür.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlanıb.

Görüntüləri təqdim edirik: