![](https://gunxeber.az/wp-content/uploads/2025/02/bineqedi-ogurluq.jpg?v=1739346750)
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan səkkiz kiloqram marixuana aşkarlanıb.
GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha dörd nəfər – Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.