![](https://gunxeber.az/wp-content/uploads/2025/02/abs.jpg?v=1739479392)
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.
GuNXeBeR.Az xəbər verir ki, bu barədə “Breaking Defence” portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.
Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.