![](https://gunxeber.az/wp-content/uploads/2025/02/1739440301_954aeea9-a2f0-4cde-ad29-75de28658f7d.jpg?v=1739477979)
Azərbaycanda ikinci əl avtomobil bazarına hər zaman böyük təlabat olur.
Son illərdə elektromobillərin istifadəsi geniş yayılsa da, yenə də köhnə avtomobillərə üz tutanların sayı kifayət qədər yüksəkdir. Ümumi satış rəqəmlərinə baxdıqda da ikinci və daha köhnə əl modellərinə böyük təlabat olduğunu görmək mümkündür. Düzdür, onların yeni avtomobillərlə müqayisədə ucuz olması belə vəziyyət yaradır. Lakin hər bir halda ikinci əl bazarındakı aktivlik göz qabağındadır.
Bəs ikinci əl avtomobil alarkən əsas nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O, ikinci əl avtomobil alarkən əsas diqqət edilməli məqamlardan danışıb:
![](https://gunxeber.az/wp-content/uploads/2025/01/aslanesedov.jpg)
“İkinci əl avtomobil almaq üçün mütləq şəkildə onun xüsusiyyətlərinə baxmaq lazımdır. Həmçinin, onun nə qədər saz və ya nasaz vəziyyətdə olduğuna baxılmalıdır. Bundan başqa, ikinci əl nəqliyyat vasitələri nə dərəcədə işlək olub-olmadığını da nəzərə almaq vacibdir. Bütün nəqliyyat vasitələrinin servisi və ustası olmalıdır. Bunların hamısını nəzərə aldıqdan sonra ikinci əl avtomobil almaqla bağlı qərar vermək olar”.