Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kanat yolu uzun illərdir fəaliyyət göstərmir.
2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.
Gunxeber.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 1 200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb.
Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.







