“Qrup mərhələsində son qarşılaşmamıza çıxacağıq. Çox möhtəşəm stadionda, güclü və özünəməxsus oyun fəlsəfəsi olan bir komandaya qarşı oynayacağıq. Rəqib futbolçular hər zaman yüksək istək və motivasiya ilə mübarizə aparırlar.
Gunxeber.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində, “Enfild” stadionunda təşkil olunan mətbuat konfransında səsləndirib.
“Biz də meydanda layiqli oyun göstərməyə çalışacağıq. Futbolçularıma güvənirəm və inanıram ki, onlar sabah imkanlarının maksimumunu ortaya qoyacaqlar”, – deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Liverpul – Qarabağ oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





