
Sumqayıtda sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.
Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.
1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.
Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.