Ağcabədidə həbsdən azad olunan şəxs evini yandırıb.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, ev sahibi 1976-cı il təvəllüdlü Ziyəddin Eldar oğlu Məmmədov bilinməyən səbəblərə görə evində mübahisə edib.

Mübahisə zamanı o, evini yandırıb. Yanğın zamanı ümumi sahəsi 108 kvadratmetr olan 4 otaqlı evin 2 otağı və dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır.