
Gunxeber.Az xəbər verir ki, Mingəçevirdə sahibsiz itlər son günlər sakinlər üçün ciddi təhlükə yaradırlar.
Küçə itlərinin uşaqlara hücum etdiyi, 17 saylı məktəbin həyətini özlərinə məskən seçdiyi bildirilir.
“İt 2-ci sinifdə oxuyan nəvəmə hücum edib. Xəstəxanaya aparıb bir neçə iynə vurdurmuşuq. İtlər uşaqları dişləməsələr belə, onlarda yaranan qorxu kifayətdir”, – deyə sakin Bəsti Osmanova narazılıq bildirib.
“Məktəbə gediş-gəliş çətinləşib. İtlər artıq nə böyüyə baxırlar, nə də kiçiyə. Keçən dəfə mənə də hücum ediblər. Sahibsiz itlərlə bağlı tədbir görülməsini xahiş edirik. Gərək kiminsə balası bədbəxt ola?!” – deyə başqa bir sakin gileylənib.