
“YouTube” istifadəçiləri tərəfindən platformada videoların keyfiyyətinin bütün dünya üzrə kəskin surətdə aşağı düşməsinə dair kütləvi şəkildə şikayət daxil olur.
Gunxeber.Az xəbər verir ki, bu barədə “Android Authority” portalı şikayətlərə istinadən məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, videokontent aşağı keyfiyyətdə göstərilir.
“Reddit” forumundakı şikayətlərə əsasən, problem əsasən iOS cihazların, kompüterlərin və smart televizorların sahiblərinə təsir göstərib.
“YouTube” nümayəndələri problemin mövcud olduğunu təsdiqləyiblər və onun aradan qaldırılması üzərində iş apardıqlarını bildiriblər.