Paytaxtın Səbail rayonunda evlərin birinin qarşısından 1 880 manatlıq velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində iki nəfərdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 800 manat ziyan dəyməsi barədə polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Muradov və əvvəllər məhkum olunmuş 34 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə köşkdən 1 114 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 21 yaşlı B.Səməndərov, 19 yaşlı E.Sadıqzadə və 18 yaşlı B.Cəbrayılzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.