
Şəkidə qəzada ölən və xəsarət alanların şəxsiyyətləri bilinib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişini – Zaqatala rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Ramazanov və “Mercedes”in sürücüsü – Şəki şəhər sakini, 1992-ci il təvəllüdlü Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
VAZ-ın sürücüsü, 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
