Cəlilabadda meyit tapılıb.

Gunxeber.Az “Unikal”a istinadən məlumat verir ki, hadisə rayonun Maşlıq kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Elvin Abdullayevin intihar etdiyi bildirilir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə verilib.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Fakta görə araşdırma aparılır.