Sumqayıtda sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.