
İsmayıllı təkcə füsunkar təbiəti ilə deyil, həm də zəngin tarixi, milli adət-ənənələri və mədəni irsi ilə seçilən bölgələrimizdən biridir. Burada qədimdən bəri sənətkarlıq, milli kulinariya və folklor ənənələri yaşadılır, nəsildən-nəslə ötürülür. Novruz bayramı da İsmayıllının bu zəngin irsini daha da ön plana çıxarır.
GunXeber.Az xəbər verir ki, bu gün keçirilən bayram tədbiri əsl el şənliyi kimi yadda qaldı. Milli sənətkarlıq nümunələrinin və ev sənətkarlarının əl işlərinin sərgiləndiyi guşələr, qədim mətbəximizə aid yeməklər, folklor qruplarının çıxışları, xanəndələrin və müğənnilərin ifaları bayrama xüsusi rəng qatdı. İsmayıllının qədim tarixə və mədəniyyətə sahib olması burada keçirilən bayramın hər il daha da əzəmətli və unudulmaz olmasına səbəb olur.
Qoy Novruz bolluq, ruzi-bərəkət və birlik gətirsin! 🌿🔥