GuNXeBeR.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında Ərəş kəndi ərazisində baş verib. 90 CL 503 dövlət qeydiyyat nişanlı “Mercedes BENZ” markalı maşın yolu keçən kənd sakini 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlunu vuraraq ağır yaralayıb. Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hal hazırda yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.