![](https://gunxeber.az/wp-content/uploads/2025/01/bicaqlanma.webp)
Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.
GunXeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.