İngiltərənin “Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasını (EPL) əlaqəli tərəflərlə alqı-satqı məsələsinə görə məhkəməyə verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “The Times” qəzetinin jurnalisti Mett Loutton “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Mançester Siti” Premyer Liqanın idarə heyətini ayrı-seçkilikdə ittiham edərək əlaqəli tərəflərlə sövdələşmə ilə bağlı ikinci dəfə məhkəməyə müraciət edib. İddia qaldırılmasının səbəbi klubların komanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşməsini qadağan edən qayda olub. “Mançester Siti” bunu Körfəz ölkələrindən olan sahiblərə qarşı diskriminasiya adlandırıb.

Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabət qanununu pozduğu və klublar üzərində hakim mövqeyindən sui-istifadə etdiyi müəyyən edilib. Qaydalar qeyri-qanuni hesab olunub, liqanın “Mançester Siti” ilə iki sponsorluq müqaviləsi ilə bağlı qərarlar isə ləğv edilb. Eyni zamanda, klubun müraciətlərinin əksəriyyəti rədd edilib.