Uşaq ölümünün azaldılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməlidir.
Gunxeber.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, dövlət uşaqların dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq, tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında uşaqların və onların qanuni nümayəndələrinin tam və obyektiv məlumat almaq hüququnu təmin edir.
Bundan başqa, dövlət zorakılıqdan, hərbi münaqişələrdən, təbii fəlakətlərdən və bədbəxt hadisələrdən zərər çəkmiş, zorakılığın şahidi və qurbanı olmuş, habelə əlilliyi olan uşaqların fiziki və psixi sağlamlığının qorunmasını, o cümlədən sosial reabilitasiyasını təmin edir.






