Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Tədbir AMEA Fizika İnstitutu, AMEA Ədəbiyyat İnstitutu və AMEA Dilçilik İnstitutunun əməkdaşları tərəfindən MetaWay şirkəti ilə birgə təşkil olunuB. Açılış mərasimində ölkənin müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, tədqiqatçıların və sahə üzrə mütəxəssislərin iştirakı nəzərdə tutuluB.