Qusar Rayon Mərkəzi Xəstəxanasına 04.02.2026-cı il tarixində saat 13:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (qadın cinsli şəxs) təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə yaralanan şəxslər 41 yaşlı Tamilla Həmidova, 64 yaşlı Sevda Əliyeva, 35 yaşlı Mətanət Xanova və 55 yaşlı Mənzurə Nurullayevadır. Onlara Qusar rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib, və onlar evə buraxılıblar.
28.11.1970-ci il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozu; 14.05.1984-cü il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması, bədənin müxtəlif yerlərinin səthi sıyrılmış yaraları diaqnozu; 28.01.1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozu; 11.07.1990-cı il təvəllüdlü (qadın cinsli) şəxsə QKBT, döş qəfəsinin əzilməsi, qarnın küt travması diaqnozları qoyulub və onlara zəruri tibbi yardımlar göstərilib.
Faktla bağlı araşdırma aparılır.
17:06
Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.
Gunxeber.Az xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı “Lada” markalı minik avtomobilinə də zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.





