Süni intellekt və texniki elmlər sahəsində elmi tədqiqatların beynəlxalq miqyasda təqdim olunmasına xidmət edən “Journal of Artificial Intelligence and Technical Sciences” adlı beynəlxalq elmi jurnalın rəsmi açılış mərasimi keçirilib.
Gunxeber.Az bildirir ki, ədbir 4 fevral 2026-cı il tarixində, saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub.
Lütvizadənini doğum gününə həsr olunmuş tədbirdə AMEA -nin İnstitutlarının və müxtəlif Universitetlərin alim və professorları iştirak edib. Beynəlxalq Jurnalın redaktoru, həmtəsisçi, Fizika üzrə fəlsəfə doktoru, Dosent Suma Hüseynova tədbiri açaraq qonaqları salamlayıb.
Tədbirin moderatoru, Fizika İnstitutunun doktorantı Amidə Sadıqova tədbir iştirakçılarını salamlayaraq sözü Jurnal haqqında sayt üzərindən ətraflı izahı Xəzər Universitetinin riyaziyyat kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədovaya verib.
Məruzəçilər AR Əqli Mülkiyyət Agentliyinin Əqli Mülkiyyət siyasəti və təhlil şöbəsinin müdiri Nəcəf Quliyev , BMU-nin ingilis dili kafedrasının müdiri dos.Nərminə Əliyeva, Riyaziyyat İnstitutunun əməkdaşı,professor Hamlet Quliyev, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, Filologiya üzrə elmlər doktoru,prof.Əlizadə Əsgərli, Fizika İnstitutunun əməkdaşı dosent Rüstəm Rüstəmov, fizika üzrə elmlər doktoru Rəhim Ələkbərov və digər alimlər jurnal haqqında öz fikirlərini və tövsiyyələrini bildiriblər. MetaWay şirkətinin direktoru, AİTS jurnalın həmtəsisçisi Mehriban Məlikova çıxış edərək jurnalın gələcəkdə daha yüksək impaktfaktorlar əldə edəcəyini vurğuladı.




















