UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu – VIII turun növbəti oyunları baş tutub.

Gunxeber.Az xəbər verir ki, səkkizinci tura 18 qarşılaşma ilə yekun vurulub.

Maraqla gözlənilən qarşılaşmalardan biri “Barselona” və “Kopenhagen” komandaları arasında baş tutub. Kataloniya təmsilçisi rəqib qapısından dörd top keçirib, öz qapısından isə bir qol buraxıb – 4:1.

“Napoli” və “Çelsi” qarşılaşması da gərgin mübarizə şəraitində keçib. London təmsilçisi səfərdə oynamasına baxmayaraq, əzmkar qələbə qazana bilib – 2:3.

Digər İtaliya təmsilçisi “İnter” səfərdə “Borusiyya Dortmund”un qonağı olub. Milan təmsilçisi son dəqiqələrdə vurduğu iki qolla səfərdən qalibiyyətlə qayıdır – 0:2.

“Yuventus” isə bu tur bir xalla kifayətlənib. “Qoca sinyora” səfərdə “Monako”nun müqavimətini qıra bilməyib və görüş qolsuz heç-heçə ilə başa çatıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Liverpul” – “Qarabağ” – 6:0;

“Mançester Siti” – “Qalatasaray” – 2:0;

“Ayaks” – “Olimpiakos” – 1:2;

“Arsenal” – “Kayrat” – 3:2;

“Atletik Bilbao” – “Sportinq” – 2:3;

“Atletiko Madrid” – “Budyo Qlimt” – 1:2;

“Bayer Leverkuzen” – “Vilyarreal” – 3:0;

“Benfika” – “Real Madrid” – 4:2;

“Brügge” – “Marsel” – 3:0;

“Ayntraxt Frankfurt” – “Tottenhem” – 0:2;

“Pafos” – “Slaviya Praqa” – 4:1;

PSJ – “Nyukasl Yunayted” – 1:1;

PSV – “Bavariya” – 1:2;

“Royal Union” – “Atalanta” – 1:0.