UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu – VIII turun növbəti oyunları çərçivəsində “Mançester Siti” – “Qalatasaray” qarşılaşması keçirilib.
Gunxeber.Az xəbər verir ki, “Etihad” stadionunda baş tutan görüş “şəhərlilər”in qələbəsi ilə yekunlaşıb.
Birinci hissədə Mançester təmsilçisi iki dəfə fərqlənib. Qolların müəllifləri Erlinq Holand və Rayan Şerki olublar. İkinci hissədə qol səsi gəlməyib və “Mançester Siti” 2:0 hesabı ilə üstün olub.
“Qalatasaray” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxır.
Gunxeber.Az xəbər verir ki, Türkiyə təmsilçisi sonuncu – VIII turda İngiltərədə “Mançester Siti” komandası ilə qarşılaşır.






