Quba rayonunda dəm qazından zəhərlənmə olub.

Gunxeber.Az xəbər verir ki, hadisə yanvarın 28-də, saat 17:00-da qeydə alınıb.

Asəf Mirzə oğlu Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.