“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Buna baxmayaraq futbolçularımı təbrik edirəm”.
Gunxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul”la oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, futbolçular turnir ərzində çox əziyyət çəkiblər:
“Futbolçularım pley-off mərhələsinə çıxmağa layiq idilər. Bu gün daha yaxşı oynaya bilərdik. Bu, bizim oynumuz deyil. Biz daha yaxşı komandayıq. Futbolçularımı və xalqımızı təbrik edirəm. Oyunlar getdikcə daha da çətinləşir. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən təmsilçimiz pley-off mərhələsinə vəsiqə qazanıb.






