![](https://gunxeber.az/wp-content/uploads/2025/01/didElgybGfOAsLkWi112oMrGYT2ejmP4KiCQ8IJB_1200.webp)
Bakıda motosiklet sürücüsünün polisə tabesizlik göstərib yüksək sürətlə hadisə yerindən qaçmasına rəsmi reaksiya verilib.
GunXeber.Az xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntü bir müddət əvvəl qeydə alınıb.
“Polisin qanuni tələbinə əməl etməyən sürücü barəsində qanunamüvafiq tədbir görülüb”, – deyə baş inspektor bildirib.