“Peşə təmayüllü siniflərdə tədrisə cəlb olunma könüllü əsaslarladır. Bu layihəyə qoşulan uşaqlar sonradan öyrəndikləri peşə üzrə fəaliyyətlərini davam etdirirlər. Məsələn, 2021-ci ildəki ilk tədris ilimizdən 2023-24-cü ilə qədər məzunlarımızın 15 faizinə qədəri oxuduğu iki peşədən birində fəaliyyətini davam etdirib”.

Gunxeber.Az xəbər verir ki, bunu “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov “Təhsil” TV-nin efirində yayımlanan “Təhsil saatı” proqramında deyib.

Peşə təmayüllü siniflərdə şagirdlər neçə ixtisas üzrə təhsil alırlar?

O bildirib ki, peşə təmayüllü siniflərdə şagirdlər, layihəyə əsasən, 10 və 11-ci siniflərdə iki fərqli ixtisas üzrə təhsil alırlar:

“Ola bilər ki, gələcəkdə bu peşələrin sayı dördə qədər artırılsın”.