Türkiyə televiziya tarixinin ən çox izlənilən seriallarından olan “Kurtlar vadisi”ndə “Cerrahpaşalıların ablası” obrazını canlandıran aktrisa Şıvga Gerez vəfat edib.

Bu barədə Gunxeber.Az “TGRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, 1970-ci il yanvarın 29-da anadan olan sənətçi uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Şıvga Gerez bir müddət əvvəl sosial media hesabında pərəstişkarları üçün ümidverici paylaşım etmişdi.

“Xərçənglə mübarizəmiz başlayıb”, – deyə o bildirmişdi.

Lakin sənətçi xəstəliyi məğlub edə bilməyib və 56 yaşında dünyasını dəyişib.

  • GUNXEBER.AZ