Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarılıb.

Gunxeber.Az-ın məlumatına görə, qurumda aparılan struktur dəyişikliyi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinin Baş mütəxəssisi vəzifəsi ləğv edilib.

Nəticədə icra hakimiyyətinin baş mütəxəssisi Aygün Abdullayeva vəzifəsini itirib. O, icra başçısının əmri ilə sərəncama götürülüb.