Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfər edib.
Gunxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ceyms Devid Vensi Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.









