![](https://gunxeber.az/wp-content/uploads/2025/01/yol-qezasi.jpeg?v=1739016425)
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
GuNXeBeR.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 avtomobili ilə “Chevrolet” markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.