Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə xanım Ağazadənin Sabunçu Tibb Mərkəzində həkimlər tərəfindən aparılan müayinə və müalicə tədbirləri nəticəsində səhhətində müsbət irəliləyiş müşahidə olunub.

Hazırda onun vəziyyəti stabil və qənaətbəxş qiymətləndirilir.

Həkimlərin rəyi əsasında, Kəmalə xanım bu gün (29.01.2026-cı il tarixində) xəstəxanadan evə buraxılıb və müalicəsi həkim nəzarəti altında ev şəraitində davam etdiriləcək.

Göstərilən diqqət və qayğıya görə Sabunçu Tibb Mərkəzinə,
TƏBİBə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə
təşəkkürümüzü bildiririk!