İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı cənab Nahid Bağırov tərəfindən təhsilə göstərilən diqqət və qayğı növbəti dəfə real addımlarla öz təsdiqini tapıb. Belə ki, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdi tərəfindən edilən kompüterlə bağlı müraciət rayon rəhbəri tərəfindən müsbət qarşılanıb və şagirdin istəyi geri çevrilməyib.
Gunxeber.Az məlumat verir ki, bu addım gənclərin təhsilinə, bilik və bacarıqlarının inkişafına verilən dəyərin bariz nümunəsi kimi dəyərləndirilir. Müasir dövrdə informasiya texnologiyalarının təhsildə rolu nəzərə alındıqda, şagirdin kompüterlə təmin olunması onun dərslərə hazırlığında, biliklərini artırmasında və gələcək inkişafında mühüm əhəmiyyət daşıyır.
Rayon rəhbərliyinin bu humanist və məsuliyyətli yanaşması təkcə bir şagirdin sevincinə səbəb olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətdə təhsilə olan inamı və motivasiyanı daha da gücləndirir. Təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu addım sosial həssaslığa və gənc nəslin gələcəyinə verilən önəmin göstəricisi kimi dəyərləndirilir.
Rayonumuzun təhsil ictimaiyyəti adından bu nümunəvi və alicənab addıma görə İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı cənab Nahid Bağırova dərin təşəkkürümüzü bildiririk.
Təhsil ona göstərilən real dəstək üzərində qurulur və bu kimi addımlar gələcəyimizin daha sağlam formalaşmasına xidmət edir.
Var olun, cənab başçı.






